Bakıda iki qardaş qəzaya düşdü
19 aprel 2011 10:51 (UTC +04:00)

Bakıda iki qardaş qəzaya düşdü

0
Bu gecə Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri yolunda, Oğuz kafesinin qarşısında 50 BN 594 nömrəli “QAZ 3100” və 10 GE 878 nömrə nişanlı “VAZ 2107 toqquşub.

Nəticədə “VAZ 2107”-də olan 3 nəfər - 1988-ci il təvəllüdlü Məmmədov Anar Habil oğlu, 1987-ci il təvəllüdlü Orucov Ramin Seyfəli oğlu və onun qardaşı 1992-ci ildə anadan olmuş Elvin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri Binəqədi RPİ-də araşdırılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 543

Oxşar yazılar