Rəqsanənin yol polisi ilə əlbəyaxa davası –
0
0
Müğənni Rəqsanə İsmayılovanın yol polisi ilə insidentinin videosu yayılıb. Lent.az-ın «vesti.az» saytına istinadən verdiyi məlumata görə, kadrlar onun prodüsseri Təranə Səmədova tərəfindən çəkilib.
Xatırladaq ki, hüquq mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Rəqsanənin sürücüsü Faiq Azayevin idarə etdiyi “Mercedes” markalı, 10 EH 011 dövlət nömrə nişanlı avtomobil aprelin 15-də Quba-Bakı yolunda 105 km/saat sürətlə hərəkət edərkən radara düşüb. Yol polisinin avtomobili saxlatdırmaq cəhdi baş tutmayıb, “saxla” əmrinə məhəl qoyulmayıb və müğənninin maşını Dərbəndə gedib. İki gün sonra - aprelin 17-də isə yolun təxminən həmin hissəsində Rəqsanənin maşını yenə radara düşüb - bu dəfə 165 km/saat sürətlə. Bu dəfə polis məlumatı alan kimi qarşıdakı Zarat postunu bağlayıb və avtomobil dayandırılıb.
Avtomobilə baxış keçirilərkən maşında əlavə avadanlıqların olduğu və şüşələrə qara plyonka yapışdırıldığı da müəyyənləşdirilib. Bu zaman sürücü avtomobilə yaxınlaşaraq sənədləri tələb edən polisə etirazını bildirib və kobud rəftar edib. Polis əməkdaşı sürücünü müvafiq sənədləşmə aparmaq üçün posta dəvət edib. Posta daxil olan sürücü və onun yanında olan sərnişinlər – müğənni R.İsmayılova, onun rəfiqəsi Təranə Səmədova polis əməkdaşları ilə mübahisə etməyə başlayıblar. Bundan başqa hər üç şəxs onları intizama dəvət edən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirib və müqavimət göstərib.
Polisə müqavimət göstərildiyindən və insident baş verdiyindən posta Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları dəvət olunub və avtomobil Şöbəyə təhvil verilib.
Lent.az-ın məlumatına görə, hadisə ilə bağlı bu gün İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi (polisin qanuni tələbinə tabe olmama) ilə iş başlanılıb və Siyəzən rayon Məhkəməsinə göndərilib. Məhkəmə ən yaxşı halda avtomobilin sürücüsünü cərimə edərək buraxacaq. Əks halda F.Azayevi bir neçə sutkalıq da olsa həbs cəzası gözləyir.
Hadisə isə müğənni Dərbənddəki toydan qayıdarkən baş verib.
Təranə Səmədova isə fərqli versiya irəli sürür: “Yol polisi bizi saxlayıb kobud şəkildə sənədləri tələb etdi. Sənədlərin qaydasında olduğunu görəndən sonra sürücüyə avtomobilin şüşələrinə qara plyonka yapışdırılması ilə bağlı irad bildirdi. Əslində isə plyonka yox idi. Maşında qara pərdələr asılmışdı. Faiq maşında qadınlar olduğunu bildirərək, polislərdən söyüş söyməməyi xahiş etdi. Amma bu xahiş polisləri daha da özündən çıxartdı və onlar yumruqla sürücünün üstünə düşdülər. Biz müdaxilə edərək qanunsuz hərəkətlərə son qoymağı tələb etdik. Amma onlar Faiqi döyməkdə davam edirdilər.
Həm mən, həm də Rəqsanə baş verənləri mobil telefona çəkməyə başladıq. Bu zaman müfəttişlər bizim üstümüzə düşdülər. Rəqsanənin telefonunu alıb videonu sildilər. Amma mən çəkməkdə davam edirdim.
Amma bununla da başa çatmadı. Rəqsanəni kabinetə apararaq orada döydülər. Davada bir neçə polis iştirak edirdi. Məsələn, mayor Mahir Allahverdiyev də öz yoldaşının tərəfini tutaraq, sürücünü söyür və döyürdü”.
Təranə Səmədova işi belə qoymayacaqlarını bildirib: “Biz şərəf və ləyaqətimizin alçaldılması, eləcə də bizə bədən xəsarəti yetirilməsi ilə bağlı məhkəməyə müraciət etmək niyyətindəyik”.