Ermənilər ordumuzun iki əsgərini yaralayıb
20 aprel 2011 11:35 (UTC +04:00)

Ermənilər ordumuzun iki əsgərini yaralayıb

0
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qeydə alınıb. Ermənilərin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Fazil Elxan oğlu Abdullayev və 1990-cı il təvəllüdlü Elşən İsfəndiyar oğlu Nəzərov düşmən gülləsinə tuş gəlib. Hər iki əsgər hospitala yerləşdirilib. F. Abdullayevin vəziyyəti orta ağır qiymətləndirilir. E. Nəzərov isə yüngül xəsarət alıb.

Qeyd edək ki, F. Abdullayev Gədəbəy, E. Nəzərov isə Kəlbəcər Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 539

Oxşar yazılar