Rusiyada azərbaycanlı qardaşların 80 milyonluq cinayəti
20 aprel 2011 14:18 (UTC +04:00)

Rusiyada azərbaycanlı qardaşların 80 milyonluq cinayəti

0
Rusiyanın Primorsk vilayətində meşədə qanunsuz olaraq qiymətli ağac növləri kəsmək üzrə ixtisaslaşmış qrup aşkarlanıb.

Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Primorsk vilayətinin Dalnereçensk rayonunda fəaliyyət göstərən qrupa Azərbaycan əsilli iki qardaş rəhbərlik edib.

Bu iki qardaş rayonun Lyubitovka və Malinovo kəndlərində düşərgələr yaradıb, bu düşərgələrə ağac qırmaq və daşımaqla məşğul olan fəhlələr yerləşdiriblər. Düşərgə yaxşı təchiz olunub. Burada elektrogenerator, ərzaq ehtiyatı, radiostansiya və gücləndirilmiş siqnal qəbuledici aşkarlanıb.

Təhqiqat zamanı məlum olub ki, azərbaycanlı qardaşlar bu ağacları sənədsiz Çin vətəndaşına məxsus bir mişarlama dəzgahında doğradıb, sonra ağaclar saxta sənədlərlə Çinə göndərilib. Əldə edilən vəsait isə Azərbaycanda yaradılmış saxta firmanın hesabına köçürülüb. Araşdırma zamanı ərazidə 1,5 min ədəd qiymətli ağac növünün kəsildiyi üzə çıxıb. Bu dəstənin meşə təsərrüfatına vurduğu zərərin 80 milyon rubla bərabər olduğu ehtimal edilir.

Qrupun Azərbaycan əsilli rəhbərləri saxlanılıb. Qardaşlar biri özünü yandırmağa cəhd göstərsə də, cəhdi baş tutmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 620

Oxşar yazılar