Günün tarixi
21 aprel 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
E.ə 753. Əfsanəyə görə Romanın əsası qoyulub

1699. Fransız dramaturq Jan Rasin vəfat edib. Onun “Fedr” faciəsi Azərbaycan teatrında dəfələrlə səhnələşdirilib

1735. Rus ixtiraçı İvan Kulıbin anadan olub

1913. Milyonçu Şəmsi Əsədullayev Yaltada günvurmadan vəfat edib

1918. Sovet hökuməti Rusiya və Sibirin müsəlman milli Parlamentini (Milli Məclis) buraxıb

1921. Ermənistan SSR elan edilib

1926. Qırğızıstan MSSR təşkil edilib

1926. İngilis kraliçası II Yelizaveta anadan olub

1944. Fransada Mülki Məcəlləyə edilən dəyişikliklə qadınlar səsvermə hüququ əldə edib

1951. SSRİ Milli Olimpiya Komitəsi təşkil edilib

1952. Yunanıstan və Türkiyə arasında viza rejimi ləğv edilib

1954. SSRİ UNESCO-ya daxil olub

1961. Xarici ticarət arbitrajı haqqında Avropa Konvensiyası qəbul edilib

1967. Yunanıstanda polkovnik Papadokulosun rəhbərlik etdiyi hərbçilər seçkiyə bir-neçə gün qalmış dövlət çevrilişi edib. Ölkəni 1974-dək “qara polkovniklər” adlı hərbi diktatura idarə edib

1978. Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas qanunu) doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul edilib

1996. Çeçenistanın ilk prezidenti Cöhər Dudayev öldürülüb

2003. İraqda koalisiya hökuməti qurulub

2005. İspaniyada homoseksual cütlüklərin evliliyinə icazə verilib

Günün aforizmi

“Yaşamaq və azadlığa yalnız o adam layiqdir ki, o hər gün bunların uğrunda döyüşə gedir”.

İohan Volfqanq Höte
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 601

Oxşar yazılar