Qubada 2 mərtəbəli yaşayış evi yanıb
20 aprel 2011 18:40 (UTC +04:00)

Qubada 2 mərtəbəli yaşayış evi yanıb

0
Aprelin 20-də Quba rayonunda yaşayış evi yanıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Quba rayon sakini Musayev Ramin Raik oğluna məxsus iki mərtəbəli yaşayış evi yanıb.

Yanğının qarşısının alınmasına Quba Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Ümumilikdə iki mərtəbəli yaşayış evinin 28 kvadratmetr ərazisi ev əşyaları ilə birlikdə yanıb. Ev sahibi Rusiya Federasiyasında yaşadığın üçün evdə heç kim olmayıb.

Yanğının elektrik xətlərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal edilir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 532

Oxşar yazılar