“Niva” dərəyə aşdı: bir ailədən 2 ölü, 2 yaralı
21 aprel 2011 11:26 (UTC +04:00)

“Niva” dərəyə aşdı: bir ailədən 2 ölü, 2 yaralı

0
Aprelin 20-də Lerik rayonunda dəhşətli yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Xanagah kənd sakini, 1950-ci il təvəllüdlü Əmanov Qulam Vəzir oğlu idarə etdiyi 23 BC 510 nömrə nişanlı “Niva”nı Bülüdül kəndi ərazisində dərəyə aşırıb. Avtomobil bir neçə dəfə aşaraq dərənin dibinə düşüb.


Qəza nəticəsində sürücü, 61 yaşlı Q.Əmanov və onun bacısı, 1967-ci il təvəllüdlü Əmanova Qönçə Vəzir qızı hadisə yerində keçiniblər. Avtomobildə olan sürücünün qardaşı, 1953-cü il təvəllüdü Əmanov Atif Vəzir oğlu və digər bacısı 1957-ci ildə anadan olmuş Fərziyeva Elxanım Vəzir qızı ağır xəsarətlər alıblar. Hər iki yaralı Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Sonradan A.Əmanov Bakıya gətirilib.

Hadisənin səbəbləri araşdırılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 801

Oxşar yazılar