Ermənilər gizirimizi yaralayıblar
22 aprel 2011 16:20 (UTC +04:00)

Ermənilər gizirimizi yaralayıblar

0
APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam rayonu istiqamətində qeydə alınıb.

Ermənilərin atəşkəsi pozması nəticəsində ordumuzun giziri, 1982-ci il təvəllüdlü Anar Əli oğlu Süleymanov düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan gizir hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Bildirib ki, gizirin vəziyyəti kafidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 524

Oxşar yazılar