20 kiloqramdan artıq narkotik tapıldı - POLİSDƏN ƏMƏLİYYAT
13 mart 2024 10:18 (UTC +04:00)

20 kiloqramdan artıq narkotik tapıldı - POLİSDƏN ƏMƏLİYYAT

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 12-də ümumi çəkisi 19,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxil İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,8 kiloqramdan artıq heroin, 9,5 kiloqramdan çox marixuana və 8,3 kiloqrama yaxın tiryək olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

# 2235
avatar

Fidan İlqar

Oxşar yazılar