Abşeronda "Şkoda" "KamaZ"a çırpıldı
29 aprel 2024 04:39 (UTC +04:00)

Abşeronda "Şkoda" "KamaZ"a çırpıldı

Abşeronda sürücünün yuxulaması qəzaya səbəb olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Höküməli qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Yüksək surətlə hərəkətdə olan “Şkoda” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək əks hərəkət zolağına çıxıb.

Nəticədə avtomobil "KaMAZ" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobili deformasiyaya uğrayıb, hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.

Minik avtomobilinin sürücüsü və sərnişini ağır xəsarət alıb. Yaralılar təcili yardım briqadası ilə xəstəxanaya çatdırılıb.

Hadisə ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Yol polisinin verdiyi məlumata görə, “Skoda” markalı avtomobilinin sürücüsü sükan arxasında yuxulayıb.

Araşdırma aparılır.

# 1611
avatar

Oxşar yazılar