Azərbaycanda 133 nəfər saxlanıldı  - SƏBƏB
14 mart 2024 09:46 (UTC +04:00)

Azərbaycanda 133 nəfər saxlanıldı - SƏBƏB

Martın 13-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

# 2211
avatar

Arzu Qurbanlı

Oxşar yazılar