Azərbaycanda 25-64 yaşlarında 510 nəfər yol qəzalarında ölüb
26 noyabr 2022 19:30 (UTC +04:00)

Azərbaycanda 25-64 yaşlarında 510 nəfər yol qəzalarında ölüb

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda yerləşən ali məktəblərdə tədbirlərə start verib.

Bu barədə Lent.az-a idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Onun sözlərinə görə, ilk belə tədbir Bakı Slavyan Universitetində baş tutub:

“Tədbirin məqsədi gənclərə yol hərəkəti qaydalarının ciddi şəkildə öyrədilməsi və bu qaydaların həyati əhəmiyyətli olduğunu bildirməkdir. Qaydaları gündəlik həyatımızda “bilmədim”, “görmədim”, “tələsirdim” kimi xırda bəhanələrə qurban verməmək lazım olduğunu vurğuladıq. Belə tədbirlər ilin sonunadək bir sıra ali təhsil ocaqlarında  keçiriləcək. Gənclərimizin nizam-intizamlı həyat tərzi sürmələri üçün lazım olan tədbirləri hədəfləmişik. Digər universitetlərdən də belə tədbirlər üçün şərait yaratmağı xahiş edirik”.

Qeyd edək ki, 2021-ci ildə yol-nəqliyyat hadisələrində 7 yaşa qədər 13, 7-16 yaş aralığında 36, 18-20 yaş arasında 17, 21-24 yaş aralığında 38, 25-64 yaş aralığında 510, 65 yaşdan yuxarı isə 84 nəfər ölüb.

# 1461
avatar

Oxşar yazılar