Bakıda evdən  125 min manatlıq   oğurluq -VİDEO
22 may 2024 18:34 (UTC +04:00)

Bakıda evdən 125 min manatlıq oğurluq -VİDEO

Xəzər rayonunda gözətçi işlədiyi evdən tanışı ilə birlikdə 125.000 mantlıq inşaat materialları oğurlayıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib. Tədbir nəticəsində 1986-cı il təvəllüdlü Romal Fətullayev saxlanılıb. Ondan 2 kiloqram güclü təsiredici narkotik vasitə olan heroin aşkarlanıb. R.Fətullayev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu bir nəfər tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, heroini maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imiş. Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı isə vətəndaşlardan birinə məxsus yeni tikilməkdə olan evdən 125.000 manat dəyərində inşaat materialları oğurlayan 31 yaşlı Taleh Mirzəyev və 30 yaşlı İvan Kisliyakov saxlanılıb.

Araşdırmalarla İ.Kisliyakovun həmin mənzildə gözətçi işlədiyi və oğurladığı inşaat materiallarının bir hissəsini tanışı T.Mirzəyevin vasitəsi ilə satdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bakıda evdən 125 min mantlıq inşaat materialları oğurlanıb

Bakıda evdən 125 min mantlıq inşaat materialları oğurlanıb

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2157
avatar

Oxşar yazılar