Bakıda İsrail səfirliyinə hücum edən bu qruplaşmanın üzvü imiş - TƏFƏRRÜATLAR
18 noyabr 2023 17:50 (UTC +04:00)

Bakıda İsrail səfirliyinə hücum edən bu qruplaşmanın üzvü imiş - TƏFƏRRÜATLAR

Bir neçə gün əvvəl Azərbaycan vətəndaşı M.X. Hüseynzadə İsrailin Bakıdakı səfirliyinə hücum edib. Məlum olub ki, şübhəli şəxs “Hüseyniyun” qruplaşmasının üzvüdür.

Lent.az xəbər verir ki, bu barədə 9tv məlumat yayıb.

İstintaq müəyyən edib ki, Hüseynzadə İsrail diplomatik missiyasına hücumu həyata keçirməzdən əvvəl uzun müddət binada müşahidə aparıb. O, məlumat topladıqdan sonra terror aktı törətmək üçün səfirliyə soxulmağa cəhd edib. Onun yanında odlu silah olub.

Lakin M. Hüseynzadə məqsədinə nail ola bilməyib. O, tərksilah edilərək, saxlanılıb. Onun hərəkətləri nəticəsində xəsarət alan olmayıb. Barəsində 4 ay müddətinə Cəzaçəkmə Müəssisəsində həbs qətimkan tədbiri seçilib.

Nəşrin mənbələrinin məlumatına görə, Hüseynzadə “Hüseyniyun” terror qruplaşmasının üzvü olub. Bu hücrənin yaraqlıları özlərini “müqavimət” adlandırırlar.

Qrup İran hakimiyyəti tərəfindən fəal şəkildə maliyyələşdirilir. Onun məqsədi Azərbaycan ərazisində təxribat və iğtişaşlar törətməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5934
avatar

Oxşar yazılar