Bakıda “kirayə ev” adı altında  tələbələri aldadan   şəxs saxlanıldı - VİDEO
27 sentyabr 2022 20:55 (UTC +04:00)

Bakıda “kirayə ev” adı altında tələbələri aldadan şəxs saxlanıldı - VİDEO

Bakıda “kirayə ev” adı altında vətəndaşları, əsasən də tələbələri aldadan şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov məsuliyyətə cəlb edilib. O ilkin ifadəsində hər gün 3 şəxsə, əsasən tələbələrə qarşı dələduzluq etdiyini etiraf edib.

Araşdırmalar davam etdirilir.

"Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər", - deyə nazirlikdən bildirilib.

# 3444
avatar

Oxşar yazılar