Bakıda maşın və mototsiklet qaçıranlar tutuldu
23 fevral 2024 10:57 (UTC +04:00)

Bakıda maşın və mototsiklet qaçıranlar tutuldu

Bakıda nəqliyyat vasitələrini qaçıranlar saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 22-də gecə saatlarında Xətai rayonu ərazisindən “Chevrolet” markalı avtomobilin qaçırılması barədə 37-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Elşən Əliyev və Rüzigar Ələkbərov avtomobillə saxlanılıblar.

Fevralın 15-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisindən “Tufan” markalı motosikleti  qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Tariel Məmmədov isə 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən motosikletlə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

# 2343
avatar

Oxşar yazılar