Bakıda ölən tələbə qarpızdan zəhərlənib?  - AQTA-dan AÇIQLAMA - YENİLƏNİB
10 iyun 2025 16:05 (UTC +04:00)

Bakıda ölən tələbə qarpızdan zəhərlənib? - AQTA-dan AÇIQLAMA - YENİLƏNİB

"Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin qida zəhərlənməsi (qarpız) səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb".

Bu barədə Lent.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb:

"Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər".

***
10:40

Bakıda gənc qız qarpızdan zəhərlənib.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

20 yaşlı Dərya Ağayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum universitetlərdən birində təhsil alırmış. Onun qarpızdan zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3748

Oxşar yazılar

Əxlaqsız paylaşım  edən gəncləri vəhşicəsinə döydü

Əxlaqsız paylaşım edən gəncləri vəhşicəsinə döydü

12 iyun 2025 , 13:38
Bakıda mağazada FACİƏ:  cərəyan vurub öldürdü

Bakıda mağazada FACİƏ: cərəyan vurub öldürdü

12 iyun 2025 , 12:56
AQubada meyiti tapılan gənclə bağlı ŞOK DETALLAR  - YENİLƏNİB

AQubada meyiti tapılan gənclə bağlı ŞOK DETALLAR - YENİLƏNİB

12 iyun 2025 , 11:32
İranla sərhəddə ƏMƏLİYYAT

İranla sərhəddə ƏMƏLİYYAT

12 iyun 2025 , 11:05
Bakıda uşaq bağçasında ÖLÜM

Bakıda uşaq bağçasında ÖLÜM

12 iyun 2025 , 10:56
Tiktokda ucuz telefon  satan dələduz tutuldu

Tiktokda ucuz telefon satan dələduz tutuldu

12 iyun 2025 , 10:50
Goranboyda FACİƏ:  körpə qıcolmadan  öldü

Goranboyda FACİƏ: körpə qıcolmadan öldü

12 iyun 2025 , 10:28
Goranboyda kişi zəhərlənib öldü

Goranboyda kişi zəhərlənib öldü

12 iyun 2025 , 09:50