Baş prokuror yeni təyinetlar edib.
Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib.
2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, habelə Baş Prokurorluğun müxtəlif idarələrində idarə və şöbə prokuroru vəzifələrində işləyib.
Baş Prokurorun digər əmrilə Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.
2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Kamal Əhmədov əvvəllər Kürdəmir rayon prokurorluğunda müstəntiq və böyük müstəntiq, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq vəzifələrində işləyib.
***
saat 15:55
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.
Bu barədə Lent.az-ın soğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.
Qeyd edilib ki, 2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Kamal Əhmədov əvvəllər Kürdəmir rayon prokurorluğunda müstəntiq və böyük müstəntiq, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq vəzifələrində işləyib.