Xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs axtarışa elan olunub.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Lent.az-a bildirib ki, 32 yaşlı Hüseynov Elvin Tofiq oğlu barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 249.764 manat təşkil edir.
Müəyyən edilib ki, o, vətəndaşlara müxtəlif yalan vədlər verməklə ölkəni Gürcüstan istiqamətində tərk edib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.
Tövsiyə edirik ki, vətəndaşlar yalan vədlərə aldanmamaq üçün tanımadıqları vasitəçilərə, qeyri-rəsmi avtomobil alverçilərinə etibar etməsinlər.
Bakıda rəsmi avtomobil satışı ilə məşğul olan etibarlı şirkətlər var və fəaliyyətləri qanunla tənzimlənir.