Epilyasiya otağına gizli kamera quraşdırıldı
07 mart 2024 12:57 (UTC +04:00)

Epilyasiya otağına gizli kamera quraşdırıldı

Rusiyanın Moskva şəhərində gözəllik salonunun epilyasiya otağında gizli kamera quraşdırılıb.

Lent.az yerli teleqram kanallarına istinadla bildirir ki, bu barədə məlumat yayılandansonra polis hərəkətə keçib. Bildirilir ki, yaxın zamanlarda faktla bağlı Cinayət Məcəlləsinin 137-ci (Şəxsi həyatın toxunulmazlığının pozulması) maddəsi ilə istintaqa başlayacaq.

Bundan əlavə, salonun bir neçə əməkdaşı müştəriləri qeydə alan gizli kameranın olması ilə bağlı xəbərlər çıxandan sonra işdən çıxmaq qərarına gəlib.

Zərərçəkənlərin özləri də polisə ərizə yazmağı planlaşdırırlar.

# 3483
avatar

Oxşar yazılar