İranlı narkotacirin  sifarişini yerinə yetirən   Faiq Gözəlov tutuldu
18 aprel 2024 18:57 (UTC +04:00)

İranlı narkotacirin sifarişini yerinə yetirən Faiq Gözəlov tutuldu

İranlı narkotacirin sifarişi ilə 12 kiloqram narkotik əldə edən şəxs həbs olunub

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə,  polislərin keçirdiyi əməliyyat zamanı Masallı rayon sakini Faiq Gözəlov Hacıqabul rayonu ərazisində saxlanılıb.

Ondan 12 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib. F.Gözəlov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Yaşar” adlı şəxsin göstərişi ilə əldə etdiyini bildirib. O, narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

# 1803
avatar

Oxşar yazılar