İtkin düşən uşağın meyiti çayda tapıldı
24 aprel 2024 11:14 (UTC +04:00)

İtkin düşən uşağın meyiti çayda tapıldı

Başqırdıstanda itkin düşən uşağın meyiti tapılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Xaybullinski rayonunun Yantışevo kəndində qeydə alınıb. Xilasedicilər bir gün əvvəl yoxa çıxan bir yaşlı uşağın cəsədini aşkar ediblər.

Fövqəladə Hallar Nazirliyinin Respublika Qərargahından verilən məlumata görə, bir müddət əvvəl ana Səkmara çayının sahilində gəzən oğlunun itkin düşməsi ilə bağlı müraciət edib.

Axtarış zamanı uşağın meyiti itkin düşdüyü yerdən bir kilometr aşağı çayda tapılıb. 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir, fövqəladə halın baş vermə şəraiti aydınlaşdırılır.

# 1668
avatar

Oxşar yazılar