Keçmiş daxili işlər naziri saxlanıldı
30 aprel 2024 10:08 (UTC +04:00)

Keçmiş daxili işlər naziri saxlanıldı

Baş Prokurorluq Qazaxıstan Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Erlan Turqumbayevin saxlanmasını elan edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, aprelin 29-da “Kantara işi” - 2022-ci ilin yanvar hadisələri ilə bağlı saxlanılıb. Turqumbayev “vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda” maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Qazaxıstanda etirazlar yanvarın 2-də Manqistau vilayətinin Janaozen şəhərində maye qazın bir litrinin qiymətinin 120 təngəyə (təxminən 45 qəpiyə) yüksəlməsinə görə başlayıb. İki gün sonra Almatıda və bir sıra digər şəhərlərdə etirazçılarla polis və hərbçilər arasında toqquşmalar başlayıb. Aktobe, Taraz, Aktau və digər yaşayış məntəqələrində də toqquşmalar baş verib. İğtişaşları yatırtmaq üçün KTMT-nin sülhməramlı qüvvələri respublikaya göndərilib.

Ölkənin Baş Prokurorluğu bəyan edib ki, Turqumbayevə qarşı cinayət işində dövlət sirri təşkil edən məlumatlar var, ona görə də ibtidai istintaqın digər məlumatları açıqlana bilməz.

# 1983
avatar

Oxşar yazılar

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00