Kürdəmirdə iki qəza olub, bacı-qardaş yaralanıb
14 iyun 2025 16:43 (UTC +04:00)

Kürdəmirdə iki qəza olub, bacı-qardaş yaralanıb

Bu gün Kürdəmirdə rayonunda iki yol qəzası olub, yaralılar var.

Lent.az APA-ya istinadla bildirir ki, birinci hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Cölərəb kəndindən keçən hissəsində baş verib.

"Niva" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində 15 yaşlı Sevinc Ceyhun qızı Abışova və onun qardaşı, 24 yaşlı Ağanur Ceyhun oğlu Abışov xəsarət alıblar.

İkinci hadisə isə Bakı-Qazax əsas magistral yolunun rayonun Şığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayonunun Şığırlı kənd sakini, 40yaşlı Nicat Rafiq oğlu Bəşirovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili idarə etmədən çıxaraq yol kənarındakı dəmir dirəyə çırpılıb. Sürücü Nicat Bəşirov xəsarət alıb.

Hər iki qəzada zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar

Tiktoker "Əfi" yenidən HƏBS EDİLDİ  - VİDEO

Tiktoker "Əfi" yenidən HƏBS EDİLDİ - VİDEO

14 iyun 2025 , 22:27
İsrail və İranın bir-birinə atdığı raketlər Naxçıvandan görünür -VİDEO

İsrail və İranın bir-birinə atdığı raketlər Naxçıvandan görünür -VİDEO

14 iyun 2025 , 22:19
İntizam Məmmədov həbs olundu

İntizam Məmmədov həbs olundu

14 iyun 2025 , 22:02
Şəkidə yük maşını aşdı, ölən var

Şəkidə yük maşını aşdı, ölən var

14 iyun 2025 , 19:51
4 uşaq qazdan zəhərləndi, ikisi öldü

4 uşaq qazdan zəhərləndi, ikisi öldü

14 iyun 2025 , 17:45
Lənkəranda yeniyetmə dənizdə boğuldu

Lənkəranda yeniyetmə dənizdə boğuldu

14 iyun 2025 , 17:33
İrandan qarpız gətirən maşından 207 kilo narkotik  çıxdı

İrandan qarpız gətirən maşından 207 kilo narkotik çıxdı

14 iyun 2025 , 16:58
Aktyor göldə boğulub öldü

Aktyor göldə boğulub öldü

14 iyun 2025 , 16:49