Metroda qadını qarət edən tutuldu
06 iyun 2023 11:42 (UTC +04:00)

Metroda qadını qarət edən tutuldu

Bakıda oğurluq və quldurluqlar törədən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində Goranboy rayon sakini T.Misriyevin pulu və mobil telefonu quldurluq yolu ilə talanıb.

Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Maksim Abdullayev saxlanılıb.

Araşdırmalarla onun metronun “İnşaatçılar” stansiyasında bir qadının çantasından mobil telefonunu oğurlaması da müəyyən olunub.

# 1098
avatar

Oxşar yazılar