Mingəçevirdə QƏZA:  14 yaşlı oğlan öldü
27 yanvar 2023 09:33 (UTC +04:00)

Mingəçevirdə QƏZA: 14 yaşlı oğlan öldü

Mingəçevirdə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə yanvarın 13-də şəhərin Samux küçəsində baş verib. Əhmədov Əhməd Heybətqulu oğlunun idarə etdiyi "Qaz 21031" markalı avtomobillə Hətəmov Ülvi Cəmşid oğlunun idarə etdiyi "Mersedes Benz  C" markalı avtomobil toqquşub.

Nəticədə "Mersedes"in sərnişini 14 yaşlı Rəsulzadə Turan Vüsal oğlu yanvarın 26-da aldığı bədən xəsarətlərindən Mingəçevir şəhər mərkəzi xəstəxanasında ölüb.       

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

# 1749
avatar

Mehman Nəbiyev

Oxşar yazılar