Ötən günün "toy əməliyyatları":  4 nəfər həbs edildi, 83 nəfər ...
27 iyul 2021 10:38 (UTC +04:00)

Ötən günün "toy əməliyyatları": 4 nəfər həbs edildi, 83 nəfər ...

İyulun 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;

- 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 2218 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

# 1353
avatar

Oxşar yazılar