Qaxda 64 yaşlı kişini avtomobil vuraraq öldürüb.
Lent.az-ın məlumatına görə, hadisə bu gün axşam saat 22 radələrində Qax şəhəri, Heydər Əliyev prospektində baş verib.
29 yaşlı İlham Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçən piyada, 64 yaşlıTağıyev Eldar Bayram oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. (APA)