Sabirabadda bacı-qardaş zəhərləndi, BACI ÖLDÜ
16 iyun 2022 22:08 (UTC +04:00)

Sabirabadda bacı-qardaş zəhərləndi, BACI ÖLDÜ

Sabirabadda azyaşlı bacı-qardaş zəhərlənib.

Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Şıxlar kəndində baş verib.

Onlar bitkilər üçün nəzərdə tutulan kimyəvi maddə içib.

Hadisədən sonra 2018-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı zəhərlənərək ölüb.

Onun qardaşı 2015-ci il təvəllüdlü Elmir isə Bakı şəhərinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

# 2721
avatar

Oxşar yazılar