"Tərtər işi"ndən YENİ XƏBƏR:  19 nəfər AZADLIQDA  - SİYAHI
06 dekabr 2022 12:00 (UTC +04:00)

"Tərtər işi"ndən YENİ XƏBƏR: 19 nəfər AZADLIQDA - SİYAHI

"Tərtər işi" ilə bağlı barələrindəki həbs-qətimkan tədbiri ləğv olunaraq azadlığa buraxılan 19 nəfərin adları məlum olub.

Bu barədə Lent.az-a vəkil Rəsul Cəfərov məlumat verib.

Siyahını təqdim edirik:

1-ci iş üzrə

1. Baş leytenant Zeydullayev Sultan Ramazanoviç, Bakı şəhəri
2. Baş leytenant Əhmədov Faiq Əlibəy oğlu, Salyan şəhəri
3. Leytenant Əliyev Nasif Mehman oğlu, Bakı şəhəri 
4. Leytenant Orucov Rauf Rəşid oğlu, Sumqayıt şəhəri
5. Leytenant Rəhimov Atabəy Müqabil oğlu, Lerik rayonu, Orand k.
6. Gizir Adilzadə Emin Qadir oğlu, Beyləqan rayonu, Milabad qəs.
7. Gizir Qasımov Məcid Kamal oğlu, Qazax rayonu, Canallı k. 
8. MAXE Mehtiyev Mirpaşa Zahid oğlu, Ağcabədi ray.Sarıcalı k.
9. MAXE Əhmədli Müşviq Seymur oğlu, Bərdə şəhəri
10. MAXE Quliyev Əlizamin Ələmdar oğlu, Tərtər ray. Qapanlı k.
11. Əsgər İbrahimli Turan Marif oğlu, İsmayıllı ray. Eyyubbəyli k.   

2-ci iş üzrə

12. Gizir Rzayev Nicat Qabil oğlu, Qazax ray. Ürkməzli k.  
13. Gizir Babayev Orxan Nəriman oğlu, Biləsuvar ray. Aşağı Cürəli k. 
14. MAXE Quluzadə Altay Natiq oğlu, Tərtər ray. Ağkənd k.
15. MAXE Abdullayev Zaur Akif oğlu, Gəncə şəhəri
16. MAXE Xəlilov Vəli Sovxoz oğlu, Mingəçevir şəhəri
17. MAXE Aibov Emin Hörmət oğlu, Bakı şəhəri   
18. Əsgər Tarverdizadə Yalçın Əmir oğlu, Lənkəran ray. Balaşürük k.
3-cü iş üzrə

19. Əliyev Emil Abdulnasir oğlu, Xaçmaz ray. Bostançı k.

Ölümündən sonra bəraət almış hərbi qulluqçular:
1. Hüseynov Mehman Telman oğlu, Tərtər rayonu, Cəmilli k.
2. Ağazadə Elxan Kamaləddin oğlu, Tərtər rayonu, Qaradağlı k.

***

saat 10:41

Məlumat verildiyi kimi, əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar Ali Məhkəmənin Plenumunda yenidən baxılıb və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi keçirən prokurora qaytarılıb.

Əlavə istintaq zamanı cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam, obyektiv araşdırılıb və qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilərək, barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar.

Eyni zamanda istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib. 

Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində  həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə istintaq davam etdirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

# 7767
avatar

Oxşar yazılar

Bakıda kafedə ÖLÜM

Bakıda kafedə ÖLÜM

28 mart 2024 , 19:18
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

28 mart 2024 , 18:03
Mingəçevirdə yataqxanada yanğın - VİDEO

Mingəçevirdə yataqxanada yanğın - VİDEO

28 mart 2024 , 18:02
Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

28 mart 2024 , 17:08
Bakıda evdən  meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

28 mart 2024 , 16:23
Qadın 6 min dollardan çox pulu  pəncərədən   atdı

Qadın 6 min dollardan çox pulu pəncərədən atdı

28 mart 2024 , 16:12
Azad Rəhimovun oğlu dindirildi - Bakı Şəhər Halqasında korrupsiya

Azad Rəhimovun oğlu dindirildi - Bakı Şəhər Halqasında korrupsiya

28 mart 2024 , 15:44
Ata  qızlarını güllələyib   intihar etdi

Ata qızlarını güllələyib intihar etdi

28 mart 2024 , 14:33