Beyləqanda tank dayanacağa girdi: iki avtomobil əzildi
08 noyabr 2013 10:57 (UTC +04:00)

Beyləqanda tank dayanacağa girdi: iki avtomobil əzildi

0

Beyləqan rayonunda qeyri-adi yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Milabad kəndi yaxınlığında N saylı hərbi hissəyə məxsus tırtıllı zirehli nəqliyyat vasitəsi – tank idarəetmədən çıxıb və yol kənarındakı “Mercedes” və “VAZ” markalı avtomobillərə çırpılıb. Daha sonra sərnişin dayanacağına çırpılan tank kanala aşıb.

 

Hadisə yerinə polis əməkdaşları və hərbçilər yığışıb. Çəkiliş aparılmasına icazə verilməyib.

 

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı və fotoları jam.az saytı yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3945

Oxşar yazılar