Arvadını öldürüb, özünü bıçaqlayan kişi tutuldu - YENİLƏNİB
20 may 2024 10:05 (UTC +04:00)

Arvadını öldürüb, özünü bıçaqlayan kişi tutuldu - YENİLƏNİB

Yevlax prokurorluğu ötən axşam rayonda baş verən qətllə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, mayın 19-da Yevlax rayon sakini 1984-cü il təvəllüdlü Ləman Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Araşdırma zamanı 1964-cü il təvəllüdlü Mətləb Şükürovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Ləman Şükürovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Mətləb Şükürov Yevlax rayon mərkəzi xəstəxanasında tibbi müayinədən keçirilərək müalicə edilib və vəziyyəti stabil olduğundan prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

19 may, saat 19:00

May ayının 19-da Yevlax rayonunda 40 yaşlı Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbaut xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 60 yaşlı Şükürov Vəli Mətləb oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4833
avatar

Oxşar yazılar