Məşhur aktrisanı aldatdılar –  “Key deyiləm,   abır-həya edirəm”
27 mart 2024 16:44 (UTC +04:00)

Məşhur aktrisanı aldatdılar – “Key deyiləm, abır-həya edirəm”

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib.

Lent.az-ın xəbərinə görə, o bu barədə o, öz "Instagram" hesabında məlumat verib.

"Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyim məbləğə görə vurmurlar. Hər dəfə belə edirlər. Bunlar hər dəfə mənə “atırlar”. Özü də elə danışırlar ki, sanki borcum var. Deyir, sürün-sürün, bizim şlanqımız qısadır, çatmır. Elə bir yerə aparır ki, artıq yanacaqdoldurma məntəqəsindən çıxıram və heç bir monitoru görmürəm. 7-8 dəfə bu hal təkrarlanıb.

Maşından enib monitora baxmağa utanıram. Bir dəfə əsəbi vəziyyətimə düşdü. Utanmadan rahat bir şəkildə işçiyə dedim ki, verdiyim məbləğə uyğun vurmasan, dava salacağam. Hər dəfə burada məni aldadırlar. Key deyiləm, sadəcə, abır-həya edirəm. Bilmirəm, bunlar tək xanımlara belə edirlər, yoxsa hər kəsə. Ad çəkmirəm. Amma yenə təkrarlansa, onları rəzil edəcəyəm",- aktrisa bildirib.

# 3789
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar