Rüfət Mehdiyevin qızından kövrək paylaşım
02 fevral 2024 11:30 (UTC +04:00)

Rüfət Mehdiyevin qızından kövrək paylaşım

Mərhum müğənni Rüfət Mehdiyevin qızı Jalə atasının anım günündə hüznlü bir paylaşım edib. 

Lent.az-ın xəbərinə görə, o müğənninin ölümünün 13-cü ildönümündə paylaşdığı postda belə yazıb.

"Hər dəfə atamdan danışmaq o qədər çətin gəlir ki, mənə. Ən çox insanı yaşaya bilmədikləri incidir. Bu gün atamı itirməyimizdən düz 13 il keçir.

Kiçik yaşlarında düşünürdüm ki, böyüyüb hər şeyi qaydasına salacağam, atamla danışacağam, onunla doya - doya zaman keçirəcəyəm. Həyatın da öz planları olduğunu bilmirdim. 

Yaşım artıqca isə daha çox anlayıram, insanın, əsasən də bir qız övladının atasına necə ehtiyac duyduğunu. Həyatımda "kaş ki", dediyim hər şey atamla bağlıdır. Bu gün mən arzuladığım hər şeyə sahibəm bəlkə də, amma inanın illərdir çalışıb əldə etdiyim hər şeyi atamla bir görüşə dəyişərəm. Daxilimdəki bu boşluğu ancaq belə izah edə bilərəm. Allah bizə sonadək sənə layiq olmağımızı, adını layiqincə yaşada bilməyimizi nəsib etsin, ata. Səni sevirəm".

Qeyd edək ki, R.Mehdiyev 2011-ci ildə 42 yaşında ürək xəstəliyi nəticəsində də dünyasını dəyişib. 

# 4755
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar