“Faiqlə mənim aramda heç vaxt barışıq ola bilməz. O insanın nə səsi var, nə də sənəti". Bunu “ATV maqazin” verilişinə müsahibəsində xalq artisti Flora Kərimova deyib.
O bildirib ki, Faiq Ağayevə vaxtilə dəstək olub: "Vaxtilə ona çox dəstək oldum. Çoxları məni qınayır ki, sən vaxtilə Faiqə dəstək olmusan, indi pisləyirsən. Amma mən sütül Faiqə dəstək olmuşdum. O, özünü formalaşdıra bilmədi”.
axşam.az