İlhamə Qasımova: “Klipdə açıq – saçıq sujetlərə görə tənqid olundum” - VİDEO
23 aprel 2013 01:47 (UTC +04:00)

İlhamə Qasımova: “Klipdə açıq – saçıq sujetlərə görə tənqid olundum” - VİDEO

Müğənni İlhamə Qasımova Almaniyada ifa etdiyi “Out of reach” adlı mahnısına çəkdirdiyi klipinə təqdimat mərasimini keçirib.

Lent.az-ın məlumatına görə,  ifaçı ekran işini alman rejissoru Oliver Qomezə həvalə edib. Müğənnin klip təqdimatında müğənnilərdən - Elnur Məmmədov, Zamiq Hüseynov, Natavan Həbibi, Elnarə Xəlilova, Xatun, Elvin Abdullayev, Emil Bədəlov, Sevda Yahyayeva və bir çox şou nümayəndələri iştirak edib.

 

Tədbirə gələn müğənnilər klip barədə xoş söz söyləsələr də, səbəbkar özü Lent.az-a açıqlamasında klipdə açıq – saçıq kadırlar olduğuna görə, tənqid olunduğunu nəzərə çatdırdı: “Düşünürəm ki fərqli bir ekran işi ərsəyə gəldi. Lakin klipdə olan bəzi açıq – saçıq kadırlara iradlar oldu. Bu cür tənqid olunmaq xoşdur. Demək ki yaxşı bir iş ərsəyə gətirmişik”.

 

Daha sonra klipin maliyyə tərəfindən söz açan müğənni bu ekran içinin ona ucuz başa gəlmədiyini söylədi: “Bu klipdə təkcə istifadə olunacaq materiallara 30 – 35 min dollar pul xərcləmişik. Klipi çəkən rejissora verdiyimizi pul miqdarını isə dəqiq söyləyə bilmərəm”.

 

 

# 5575
avatar

Yalçın UĞUR

Oxşar yazılar