Ciyəri belə bişirin – Ona  alma əlavə edin
04 noyabr 2023 19:11 (UTC +04:00)

Ciyəri belə bişirin – Ona alma əlavə edin

Ciyər bir çoxlarının sevdiyi yemək növüdür. Ancaq hər kəs onu dadlı bişirə bilmir. 

Lent.az ciyəri dadlı və düzgün bişirmə qaydasını təqdim edir:

1 kiloqram ciyər;

0,5 kiloqram alma;

2 soğan;

5 yemək qaşığı bitki yağı;

0,5 stəkan buğda unu;

0,5 limon;

Zövqə görə duz və qara bibər;

Muskat və üyüdülmüş darçın - hər biri bir çimdik.

Beləliklə, əvvəlcə yuyulmuş və təmizlənmiş ciyər kifayət qədər böyük parçalara kəsilir.  Soğan soyulmalı və böyük yarım halqalara kəsilməlidir. Almaları özəyi ilə kəsilərək atılır və kiçik dilimlərə ayrılır. Almaların vaxtından əvvəl qızarmasının qarşısını almaq üçün bu mərhələdə limon suyu istifadə olunur.

Ciyəri una batırın, sonra bitki yağında yüksək odda qızardın.

Qızartma müddəti 2-3 dəqiqədən çox olmamalıdır. Bundan sonra ciyər ayrı bir qaba tökülür və qapaq ilə örtülərək, soyumağa buraxılır.

Almaları ciyərin hazırlandığı qaba atılır və muskat, darçınla 2-3 dəqiqə qızardın.

Almalar istənilən vəziyyətə çatdıqda, formasını itirmədən, onu soğanla əvəz edərək çıxarıla bilər. Tərəvəz qızılı rəng alana qədər qızardın.

Soğanların üzərinə ciyər və almnı tökün, tavanı qapaq ilə örtün və hazır olana qədər 7-10 dəqiqə qaynadın. Yeməyi vaxtaşırı qarışdırmaq lazımdır.
 

# 27954
avatar

Sevinc Fərid

Oxşar yazılar