Yaşıl çay qaraciyər üçün  təhlükəli   ola bilər -  XƏBƏRDARLIQ
01 aprel 2024 13:25 (UTC +04:00)

Yaşıl çay qaraciyər üçün təhlükəli ola bilər - XƏBƏRDARLIQ

Yaşıl çay inanılmaz dərəcədə faydalıdır, lakin əks təsirləri də ola bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Toronto Universitetinin israilli və kanadalı alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, çay kolu bitkisinin tərkibində metabolik reaksiyaya səbəb olan və bəzi şəxslərdə qaraciyərə zərər verə bilən botanik toksinlər var.

Araşdırmaya görə, yaşıl çay ekstraktı səbəbiylə yüzdən çox qaraciyər iltihabı hadisəsi olub. Bəzi hallarda yaşıl çay içmək hətta qaraciyər çatışmazlığının inkişafına səbəb olub. 59 elmi məqalədən əldə edilən məlumatları təhlil edən araşdırmada qeyd edilib ki, yaşıl çayın hansı spesifik komponentlərinin çoxlu birləşmələrə görə qaraciyərin zədələnməsinə səbəb ola biləcəyi aydın deyil.

Tədqiqatın aparıcı müəllifi Stiven Malnik yaşıl çay istehlakı nəticəsində qaraciyərin iltihabı və qaraciyər çatışmazlığı hallarının nadir olduğunu vurğulayır.

# 1986
avatar

Arzu Qurbanlı

Oxşar yazılar