Azərbaycanda parlamentin  adının dəyişdirilməsi   TƏKLİF edildi
05 dekabr 2023 12:38 (UTC +04:00)

Azərbaycanda parlamentin adının dəyişdirilməsi TƏKLİF edildi

Azərbaycanda 15 iqtisadi rayon yaradılması, parlamentin adının dəyişdirilməsi təklif edilib.

Lent.az APA-ya istinadən  xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycanın Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini deputat Qüdrət Həsənquliyev çıxış edib.

Deputat bildirib ki, xalqımız doğrudan da dövlət idarəetməsində islahatların aparılmasının zəruriliyini qeyd edir: "Prezident də vaxtilə özünün səlahiyyətli nümayəndələrini təyin edərkən bildirmişdi ki, bu, özünü doğrultsa, islahatlara gediləcək. 15 iqtisadi rayon yaradılsın, Naxçıvan Ali Məclisi Məclis adlandırılsın. Regionların da hər birinin Məclisi olmalıdır. Bu regionlara rəhbərlər də Məclisdə seçilsin. Azərbaycanda bürokratik aparat siyasi qüvvəyə çevrilib. Bunun gec olmadan qarşısı alınmalıdır. Bunun tək yolu yerlərdə rəhbərlərin seçkili olaraq seçilməsidir. Milli Məclisin adının dəyişdirilməsini təklif edirəm, Milli Məclis Ali Məclis adlandırılmalıdır”.

# 5208
avatar

Oxşar yazılar