Əli Əsədov Baş nazir  postunda qaldı - YENİLƏNİB
16 fevral 2024 13:32 (UTC +04:00)

Əli Əsədov Baş nazir postunda qaldı - YENİLƏNİB

Əli Əsədov Baş nazir təyin edilib.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Əli Əsədov Baş nazir təyin edilib.

Qeyd edək ki, bu gün Milli Məclis Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.

***

saat 10:34

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.

Lent.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu vəzifəyə namizədliyi irəli sürülüb.

Əli Əsədovun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib.

Milli Məclis Konstitusiyanın 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.

Əli Əsədov Azərbaycan Prezidentinə təşəkkür edib. 

 

# 6285
avatar

Oxşar yazılar