Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14 may 2024 17:11 (UTC +04:00)

Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO

Tiktok sosial şəbəkəsində 9 yaşlı övladı Adəmlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev azadlığa buraxılıb.

Lent.az xəbər verir ki, bu barədə onun görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə "Sadiq kişi həmişə azadlıqda" şərhi qeyd olunub.

Xatırladaq ki, məhkəmənin qərarı ilə S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Ağcabədi rayon sakini olan 9 yaşlı Adəmin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Bununla bağlı olaraq azyaşlının atası Sadiq Mirzəyev bir neçə dəfə polis şöbəsinə dəvət edilib.

Daha əvvəl, Adəmin söyüş söydüyü videosunu paylaşan həmkəndlisi Samir Ələsgərov həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4434
avatar

Fidan İlqar

Oxşar yazılar