Azərbaycanda hər 100 qıza 116 oğlan doğulur
12 may 2023 12:11 (UTC +04:00)

Azərbaycanda hər 100 qıza 116 oğlan doğulur

“Son illər ölkəmizdə hər 100 qız üçün 116 oğlan doğulur".

Lent.az xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Bilqeyis Qaragöz deyib. 

Onun sözlərinə görə, bu isə təbii cinsi tarazlığın pozulması deməkdir:

"Əlbəttə ki, abortun hər növü qadınlar üçün təhlükəli və çox ziyanlıdır, lakin selektiv abort qadınların həyat və sağlamlığı üçün xüsusilə ağır prosesdir, onlar üçün, həm psixoloji stress, həm də fiziki zorakılıq deməkdir. Bu isə qadınlarda abortdan sonrakı sindrom adlanan vəziyyətin yaranmasına səbəb ola bilər. Bir daha qeyd etmək istəyirik ki, abortu, o cümlədən selektiv abortu ancaq müəyyən istisna hallarda etmək olar”.

# 1800
avatar

Arzu Qurbanlı

Oxşar yazılar