Azərbaycanda qarın hündürlüyü 35 sm-ə ÇATIB
11 yanvar 2023 10:14 (UTC +04:00)

Azərbaycanda qarın hündürlüyü 35 sm-ə ÇATIB

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 11-nə olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, arabir qar yağıb, bəzi yerlərdə intensivləşib.

Bunu Lent.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, qar örtüyünün hündürlüyü Cəlilabadda 35, Altıağacda 31, Lerikdə 30, Rvarudda 29, Xaltanda 25, Kəlvəz, Yardımlıda 22, Qubada 19, Xaçmazda 18, İsmayıllı, Göytəpədə 16, Qaxda 15, Şamaxı, Qusar, Qəbələdə 14, Şabranda 12, Biləsuvar, Şəki, Lənkəranda 7, Qobustan, Hacıqabul, Daşkəsəndə 6, Gədəbəy, Ağsu, Göyçay, Tərtər, Cəfərxan, İmişlidə 3, Ağdərə, Göygöl, Bərdə, Astarada 2, Ceyrançöl, Sabirabad, Beyləqan, Salyan, Naftalan, Ağdamda 1, Sumqayıtda 10, Bakıda 8, Maştağa, Binədə  4, Ələt, Pirallahıda 1 sm-dək olub.

“Şimal-şərq küləyinin sürəti Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb”. 

G.Məmmədova onu da qeyd edib ki, dumanlı hava şəraiti isə Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Şamaxı, Qrız, Lerikdə müşahidə olunub, görünüş  məsafəsi  50-100 metrədək məhdudlaşıb.

“Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək şaxta, Naxçıvan MR-da 8-11, dağlıq rayonlarda 10-16 dərəcə şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək şaxta  olub”.

# 1803
avatar

Fidan İlqar

Oxşar yazılar

Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb

23 mart 2023 , 00:01
Bakının bu küçəsində hərəkət dayandırılır

Bakının bu küçəsində hərəkət dayandırılır

22 mart 2023 , 17:12
“Azerçay” milyonların izlədiyi aşpazı Masallıya dəvət etdi

“Azerçay” milyonların izlədiyi aşpazı Masallıya dəvət etdi

22 mart 2023 , 13:07
Sabah 22 dərəcə  isti olacaq

Sabah 22 dərəcə isti olacaq

22 mart 2023 , 12:55
QMİ Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verdi

QMİ Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verdi

21 mart 2023 , 16:51
Şuşada ekoaksiya Novruz şənliyi fonunda belə davam edir-FOTOLENT

Şuşada ekoaksiya Novruz şənliyi fonunda belə davam edir-FOTOLENT

21 mart 2023 , 15:58
Sabah hava belə olacaq-PROQNOZ

Sabah hava belə olacaq-PROQNOZ

21 mart 2023 , 12:38
100 gün oldu-FOTO

100 gün oldu-FOTO

21 mart 2023 , 09:47