Azərbaycanın bu rayonlarında yağış, qar yağıb - FAKTİKİ HAVA
19 mart 2024 09:55 (UTC +04:00)

Azərbaycanın bu rayonlarında yağış, qar yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin martın 19-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib, əksər bölgələrdə yağış, dağlıq rayonlarda qar yağıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, Bakı və Abşeron yarımadası, Qobustan, Sabirabad, Kürdəmir, Göyçay, Yevlax, Mingəçevir, Naftalan, Gəncə, Göygöl, Şəmkir, Tovuz, Naxçıvan, Şərur, Sədərək, Şahbuz, Culfa, Şamaxı, İsmayıllı, Ağsu, Oğuz, Ağdam, Ağcabədi, Tərtər, Zərdab, Beyləqan, Lənkəran, Biləsuvar, Astara, Lerik, Yardımlı, Neftçala, Cəlilabad, İmişli, Qax, Balakən, Zaqatala, Qəbələ, Şəki, Quba, Şabrana yağış, Qusar, Şahdağ, Xaltan, Qrız, Daşkəsən, Kəlbəcər, Gədəbəyə isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm, Daşkəsəndə 3 sm, Kəlbəcər, Gədəbəydə 2 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcə isti, Naxçıvan MR-də 0-5 dərəcə isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub.

Sumqayıt, Qobustan, Şamaxı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Tərtər, Beyəqan, Altıağac, Qusarda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

# 7242
avatar

Oxşar yazılar