Bağırsaq emalı müəssisəsində RƏZALƏT
23 noyabr 2022 10:53 (UTC +04:00)

Bağırsaq emalı müəssisəsində RƏZALƏT

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Göygöldə fəaliyyət göstərən emal müəssisəsində nöqsanlar aşkarlayıb.

Agentlikdən Lent.az-a verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən Göygöl rayonu, Üçtəpə kəndi ərazisində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Əli Yaqub oğluna məxsus bağırsaq emalı müəssisəsində planlı yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, istifadə olunan alət və avadanlıqların asan təmizlənə bilən və korroziyaya davamlı materiallardan təşkil olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

# 1695
avatar

Fidan İlqar

Oxşar yazılar

Magistratura üçün  sınaq imtahanının   nəticələri AÇIQLANDI

Magistratura üçün sınaq imtahanının nəticələri AÇIQLANDI

30 yanvar 2023 , 18:28
Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

30 yanvar 2023 , 14:11
Sabah  qar yağacaq   - HAVA PROQNOZU

Sabah qar yağacaq - HAVA PROQNOZU

30 yanvar 2023 , 12:49
Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO  -VİDEO

Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO -VİDEO

30 yanvar 2023 , 12:38
Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO -YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO-YENİLƏNİB

30 yanvar 2023 , 12:14
10 ton   süd məhsulları məhv edildi - Azərbaycanda

10 ton süd məhsulları məhv edildi - Azərbaycanda

30 yanvar 2023 , 11:40
Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO - VİDEO  - YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO- VİDEO - YENİLƏNİB

30 yanvar 2023 , 11:35
Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

30 yanvar 2023 , 10:10