Beşdən çox uşağı olan qadınların DİQQƏTİNƏ!
13 yanvar 2023 11:15 (UTC +04:00)

Beşdən çox uşağı olan qadınların DİQQƏTİNƏ!

Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilib.

Lent.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin artırılması və “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 70 manatdan 105 manata qaldırılıb. Eyni zamanda digər dəyişikliklə bu müavinət artıq aylıq olaraq veriləcək.

# 2025
avatar

Oxşar yazılar