Bu rayonlarda qaz OLMAYACAQ
07 iyun 2023 14:52 (UTC +04:00)

Bu rayonlarda qaz OLMAYACAQ

Ağsu və Kürdəmir qazın verilməsində fasilə olacaq.

Lent.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli Magistral Qaz Kəmərində xətti sipərdə baş vermiş nasazlıqla əlaqədar bu gün saat 14:30-dan etibarən işlər başa çatanadək "Kəndoba" və “Sığırlı” QPS-lərdən qaz təchizatı dayandırılıb.

Təmir işləri aparılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 4428
avatar

Fidan İlqar

Oxşar yazılar