Hansı rayonlara  qar yağıb?   - FAKTİKİ HAVA
06 aprel 2024 16:37 (UTC +04:00)

Hansı rayonlara qar yağıb? - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, aprelin 6-sı saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Xaçmaz, Xaltan, Mingəçevir, Yevlaxda yağış, Ləzə (Qusar), Xınalıq, Qrız, Şahdağda qar yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17 dərəcəyədək, Naxçıvan MR-da 20 dərəcəyədək, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.

# 5532
avatar

Oxşar yazılar