Qanunsuz tikintinin qarşısı alındı -  VİDEO
10 mart 2023 11:25 (UTC +04:00)

Qanunsuz tikintinin qarşısı alındı - VİDEO

Bakıda qanunsuz tikintinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində və Nizami rayonu, C.Naxçıvanski küçəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz inşaat işlərinin qarşısı alınaraq tikintilərin sökülməsi təmin edilib.

Bundan əlavə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən istismarda olan çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində mərtəbələrarası örtüyün sökülməsi faktı aşkar edilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz söküntü işlərinin qarşısı alınıb və mərtəbələrarası örtük əvvəlki vəziyyətinə bərpa olunub.

# 1698
avatar

Oxşar yazılar

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

29 may 2023 , 14:50
Sabah 36 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

29 may 2023 , 12:14
2023-cü ildə iki bürc üçün  zənginlik və uğur   PROQNOZU

2023-cü ildə iki bürc üçün zənginlik və uğur PROQNOZU

29 may 2023 , 09:09
APA TV 10 YAŞINDA

APA TV 10 YAŞINDA

29 may 2023 , 09:00
Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39