Qızılcadan ölən 2 yaşlı uşağın peyvəndlənmədiyi məlum olub
03 dekabr 2023 18:51 (UTC +04:00)

Qızılcadan ölən 2 yaşlı uşağın peyvəndlənmədiyi məlum olub

2 yaşlı uşaq Qaradağ rayonunun Qobustan qəsəbəsindən təcili yardım ambulansı vasitəsilə təxliyə olunub.

Lent.az xəbər edir ki, APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, azyaşlı noyabrın 30-da saat 21:32-də 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına qəbul olunub. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, dəri və selikli qişalar sianozlu (göyümtül rəngdə) olub. Ağciyərlər üzərində zəifləmiş sərt tənəffüs fonunda tək-tək yaş xırıltılar duyulub.

Xəstə süni tənəffüs aparatına qoşulub.

Aparılan bütün intensiv terapiya və reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin ürək tənəffüs fəaliyyəti bərpa olunmayıb və dekabrın 2-də saat 17:00-da bioloji ölüm baş verib.

Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5697
avatar

Oxşar yazılar